İsrailin baş naziri Benyamin Netanyaxu yenə də Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğunu bəyan edib və Fələstin tərəfini danışıqları bərpa etməyə çağırıb.
Bu barədə Oxu.Az “İnterfaks”a istinadla xəbər verir.
“Mən iki dövlətin və iki xalqın konsepsiyalarının həyata keçirilməsinin uzunmüddətli sülhün yaradılması üçün yeganə yol olması fikrimə sadiq olaraq qalıram”, - o Almaniyanın XİN başçısı Frank-Valter Ştaynmayerlə görüşdən sonra jurnalistlərə bildirib.
İsrailin baş naziri qeyd edib:
“Fikrimcə, irəli getmək üçün yeganə yol birbaşa danışıqlardır. Təəssüf ki, Fələstin hakimiyyəti danışıqlar prosesini tərk etdi”.
Netanyaxu alman nazirə xahişlə müraciət edib:
“Fələstinlilərə deyin ki, onlar İsrailin deleqallaşdırılmasını dayandırsınlar. Onlara deyin ki, danışıqlar masasına qayıtmaq lazımdır. Onlara deyin ki, onlar danışıqları ilkin şərtlərsiz aparmalıdırlar”.