ABŞ-nin Nevada ərazisində yerləşən və "Area 52" adı ilə məşhur olan məxfi hərbi obyektin ətrafında ardıcıl yeraltı təkanlar baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumatda deyilir ki, sözügedən zona keçmişdə nüvə silahlarının sınaqdan keçirildiyi poliqon olub, həmçinin uzun müddət ərzində eksperimental aviasiya sınaqları və nüvə araşdırmaları mərkəzi kimi fəaliyyət göstərib.
ABŞ Geoloji Xidmətinin (USGS) hesabatlarına əsasən, ötən sutka ərzində gücü 2.5 baldan yüksək olan 16 zəlzələ qeydə alınıb. Həftəlik göstəricilərə nəzər saldıqda isə, gücü 1-3 bal arasında dəyişən 100-dən artıq təkanın müşahidə edildiyi məlum olur.
Məlumata görə sözügedən seysmik hadisələr ABŞ və İsrail tərəfindən İrana qarşı hücum əməliyyatlarının başladığı dövrlə zaman baxımından üst-üstə düşür.
Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında ABŞ Dövlət katibi Marko Rubio məxfi nüvə obyektləri üzərində müşahidə edilən naməlum uçan obyektlər səbəbindən gecələr narahatlıq keçirdiyini bəyan etmişdi.