ABŞ və Kanada ərazisində qeydə alınmış rekord dərəcədə aşağı temperatur məşhur Niaqara şəlaləsinin donmasına gətirib çıxarıb.
Temperatur Frangeyt üzrə - 20 dərəcəyə çatıb (təxminən – 29 dərəcə Selsi).
Oxu.Az DailyMail-ə istinadən xəbər verir ki, inanılmaz fotoşəkillərdə donmuş şəlalənin peyzajları əks olunub. Anomal soyuq bu nadir və inanılmaz dərəcədə gözəl təbiət hadisəsini çəkməyə tələsən turistləri qorxutmayıb.
Sonuncu dəfə şəlalə 1936-cı ildə, bundan əvvəl isə 1911-12-ci illərin qışında donub.