Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Niderlandda yanvarın 22-də müsəlmanların müqəddəs kitabı olan Quranın vərəqlərinin cırılması ilə bağlı anti-islam təxribatını kəskin şəkildə pisləyib.
Nazirliyin “Twitter” hesabında yerləşdirilən bəyanatında qeyd edilir:
“Niderlandın Haaqa şəhərində İslam əleyhdarı olan şəxsin müqəddəs kitabımız Quranı hədəf alan alçaq hücumunu ən kəskin şəkildə lənətləyirik.
İsveçin ardınca bu dəfə Niderlandda yaşanan və mənəvi dəyərlərimizi təhqir edən və nifrət doğuran bu alçaq hərəkət İslama qarşı düşmənçiliyin, ayrı-seçkiliyin Avropada artıq sərhəd tanmadığının açıq şəkildə bəyanıdır. Müsəlmanlara qarşı hücumlar təkcə İslama qarşı deyil, həm də bütün bəşəriyyətin hüquq və azadlıqlarına, tolerantlığa, hər bir insanın mənəvi dəyərlərinə qarşı yönəlib. Bu cür hərəkətlər dinc yanaşı yaşama mədəniyyətinə zərbə vurur”.
Bildirilir ki, Niderlandın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və bu hadisə ilə bağlı ona etiraz bildirilib. Niderlandın bu cür provokasiya xarakterli hərəkətlərə icazə verməməsi tələb edilib.
Rəylər