Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nigerdə çevriliş edən üsyançılar danışıqlara razı olduqlarını bəyan etdilər
Nigerdəki çevriliş edən üsyançılar Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) liderləri ilə danışıqlara hazır olduqlarını bəyan ediblər.
Bu barədə üsyançıların Vətənin Müdafiəsi üzrə Milli Şurası tərəfindən baş nazir təyin edilmiş Əli Maxaman Lamin Zeyn bildirib.
“Biz yaxın günlərdə ECOWAS qrupu ilə danışıqların başlanmasını nikbinliklə gözləyirik”, - deyə o qeyd edib.
Avqustun 12-də bildirilmişdi ki, ECOWAS BMT Təhlükəsizlik Şurasının təsdiqi olmadan Nigerdə Prezident Məhəmməd Bazumu hakimiyyətə qaytarmaq və üsyançıları devirmək üçün müdaxilə edə bilər.
Bundan əvvəl isə Nigerin ölkə hüdudlarından kənarda olan xarici işlər naziri Asumi Məsudu demişdi ki, ECOWAS-ın çevrilişə cəhd edilən bir ölkəyə mümkün hərbi müdaxiləsi müharibəyə gətirib çıxarmayacaq, bu, yalnız ölkə liderini xilas etmək üçün aparılan əməliyyat olacaq.
Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıblar. İyulun 27-nə keçən gecə ölkənin Silahlı Qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.
Mənbə: “Əl-Cəzirə”
"BMT" teqi üzrə xəbərlər
- BMT Trampın qərarına görə humanitar missiyaları azaldır
- Azərbaycanın BMT-dəki nümayəndəsi Ermənistanın cinayətlərindən bəhs edib
- BMT-yə ABŞ-nin Paris iqlim sazişindən çıxması ilə bağlı bildiriş daxil olub
- "Baku Steel Company" QSC "2024-cü ilin ən yaxşı tərəfdaşı" nominasiyasının qalibi olub
- Husilər BMT əməkdaşlarını girov götürüblər
Rəylər