Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nigeriyada dini məktəbdə güclü yanğın: Çox sayda şagird ölüb
Nigeriyanın Zamfara əyalətinin Kaura-Namoda yerli idarəetmə bölgəsində müsəlman məktəbində güclü yanğın baş verib.
Bu barədə Oxu.Az "Pulse.ng" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, təxminən üç saat davam edən yanğın nəticəsində 17 şagird həyatını itirib, daha bir neçə nəfər yaralanıb.
Yerli sakin Abdulrasak Bellonun sözlərinə görə, yanğın anbarda saxlanılan çır-çırpı yığını səbəbindən başlayıb və tez bir zamanda 100-ə yaxın şagirdin olduğu Makaranta Mallam Qali tədris zalına keçib.
"Yanğın tədris zalında baş verib. Onlar hamını təxliyə etdiklərini düşünürdülər, lakin yanğın söndürüldükdən sonra ayaqları və qolları tanınmaz dərəcədə yanmış cəsədlər aşkar etdilər", - deyə Bello bildirib.
Ölən 17 tələbə İslam ənənələrinə uyğun olaraq dəfn edilib.
Faciə cəmiyyətdə şok yaradıb, bir çoxları dini məktəblərdəki təhlükəsizlik tədbirlərindən şübhə etməyə başlayıblar. Sağ qalanlar və yaxınlarını itirən ailələr gələcək fəlakətlərin qarşısını almaq üçün vəziyyətə təcili müdaxilə edilməsinə çağırıblar.
"Nigeriya" teqi üzrə xəbərlər
- Vaşinqtona uçan təyyarə təcili eniş etdi: 40-a yaxın şəxs xəsarət aldı
- Nigeriyada dəhşətli cinayət: Ruhani müğənninin çantasında gənc qızın kəsilmiş başı tapıldı
- Nigeriyada yanacaqdaşıyan avtomobil partladı: Azı 70 nəfər yanaraq öldü
- Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub
- Nigeriyada kilsə izdihamı: Azı 10 nəfər ölüb
Rəylər