Nigeriyanın Dövlət Neft Şirkətinin (NNPC) gəmisi terrorçuların hücumuna məruz qalıb.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, hücum iyunun 2-də Varri şəhəri yaxınlığında baş verib. Yaraqlılar bir müddət əvvəl də bu ərazidə yerləşən neft obyektlərinə hücumlar təşkil etmişdilər.
Qeyd olunur ki, hücum zamanı 2 əsgər öldürülüb, biri yaralanıb, daha biri isə itkin düşüb. Həmçinin 4 mülki əməkdaş güllələnərək qətlə yetirilib.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.