Nigeriyanın Mayduquri şəhərindəki məsciddə baş verən partlayış nəticəsində azı yeddi nəfər həlak olub.
Oxu.Az bu barədə "France Press" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, əldəqayırma partlayıcı qurğu axşam namazı vaxtı işə salınıb. Hadisə zamanı məsciddə çox sayda insanın olduğu vurğulanır.