Nigeriyada qoyun sürüsünə görə atışmada 36 nəfər ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə News Agency of Nigeria agentliyi məlumat yayıb.
Yerli ovçular fevralın 13-də oğurluq heyvanların da olduğu sürü aşkarlayıblar. Sürünün çobanı qaçaraq qonşu rayonda yaraqlılara müraciət edib.
Yaraqlılar ovçulara pusqu qurublar və nəticədə tərəflər arasında atışma baş verib.
Hadisə yerinə gələn polis 18 cəsəd aşkarlayıb. Lakin hüquq-mühafizə orqanları əmindirlər ki, cinayətkarlar daha 18 meyiti özləri ilə götürüblər.
Yaraqlıların axtarışı davam edir.