Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nigeriyada “Twitter”dən istifadə edənlər həbs olunacaq
Nigeriyada hökumət vətəndaşların “Twitter”ə daxil olmasını qadağan edib.
“Vanguard” nəşri verir ki, Nigeriyanın Baş prokuroru və ədliyyə naziri Abubakar Malami ölkədə “Twitter”ə daxil olmaq qadağasını pozanların dərhal mühakimə olunması barədə göstəriş verib.
Bundan əvvəl isə Nigeriyanın informasiya və mədəniyyət naziri Lay Mohammed “Twitter”in iyunun 5-dən ölkədə işini dayandıracağını elan etmişdi.
Nazir sözügedən sosial şəbəkənin Nigeriyanın birliyini və təhlükəsizliyini pozmağa çalışanlar tərəfindən istifadə edildiyini vurğulamışdı.
"Nigeriya" teqi üzrə xəbərlər
- Nigeriyada neft boru kəmərində güclü partlayış baş verib
- Nigeriyada ağır qəza: Onlarla ölü və yaralı var
- Nigeriyada dini məktəbdə güclü yanğın: Çox sayda şagird ölüb
- Vaşinqtona uçan təyyarə təcili eniş etdi: 40-a yaxın şəxs xəsarət aldı
- Nigeriyada dəhşətli cinayət: Ruhani müğənninin çantasında gənc qızın kəsilmiş başı tapıldı
Ən çox oxunanlar