Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Nigeriyada tankerin partlaması nəticəsində ölənlərin sayı 140-a çatıb
Nigeriyanın şimalında yanacaqdaşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı ən azı 140 nəfərə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" yerli Fövqəladə Hallar Departamentinə istinadən məlumat yayıb.
Nigeriyanın cənubundakı Jiqava əyalətində baş verən dəhşətli yanacaq tankeri partlayışı ən azı 94 nəfərin həyatına son qoyub və 50 nəfəri yaralayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "CNN International" xəbər verib.
Məlumata görə, tanker qəzaya uğrayaraq aşıb və yanacaq ətrafa sızmağa başlayıb. Yaxınlıqdakı kənd sakinləri pulsuz yanacaq əldə etmək məqsədilə dərhal hadisə yerinə toplaşıblar. Lakin bu zaman gözlənilmədən güclü partlayış baş verib və insanlar alov içində qalıblar.
Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Ölənlərin sayının artacağı ehtimal olunur.
Hadisənin səbəbi barədə araşdırmalara başlanılıb.
"Nigeriya" teqi üzrə xəbərlər
- Nigeriyada hərbi bazaya silahlı hücum: Çox sayda ölən və yaralanan var
- Nigeriyada neft boru kəmərində güclü partlayış baş verib
- Nigeriyada ağır qəza: Onlarla ölü və yaralı var
- Nigeriyada dini məktəbdə güclü yanğın: Çox sayda şagird ölüb
- Vaşinqtona uçan təyyarə təcili eniş etdi: 40-a yaxın şəxs xəsarət aldı