Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nikki Heyli: “ABŞ-nin növbəti prezidenti qadın olacaq”
“ABŞ-nin növbəti prezidenti qadın olacaq”.
Bu proqnozu “Fox News”a müsahibəsində BMT-nin keçmiş səfiri, respublikaçı Nikki Heyli verib.
Onun sözlərinə görə, Ağ Evin yeni rəhbəri ya özü, ya da demokratlardan olan vitse-prezident Kamala Harris olacaq.
Respublikaçı namizədin fikrincə ABŞ-nin indiki Prezidenti Co Bayden də, onun sələfi Donald Tramp da yaşlı olduqlarına görə prezident rolunun öhdəsindən gələ bilməyiblər.
“İki dəfə Trampa səs verdim. Onun administrasiyasında xidmət etməkdən qürur duyurdum, amma bundan sonra baş verənlər xaosdur”, - deyə Heyli bildirib.
Qeyd edək ki, Trampın Respublikaçılar Partiyasından ən ciddi rəqibi olan Heyli daha çox ənənəvi respublikaçı siyasətini, o cümlədən ABŞ-nin xarici siyasətdə güclü rolunu dəstəkləyir.
Mənbə: İz.ru
"BMT" teqi üzrə xəbərlər
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB
- BMT: "2024-cü ildə İranda ən azı 900 nəfər edam edilib"
- Rəsmi Bakının antikolonial çıxışları: Makronun əsassız iddiası
- Direktor: "Fransa dənizaşırı ərazilərdə apardığı çirkin siyasətin əks-sədasından narahatdır"
- BMT çərçivəsində yeni beynəlxalq konvensiya qəbul ediləcək - Deputat AÇIQLADI
Rəylər