Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, noyabrın 12-də Dublindən yeni video paylaşıb.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, kadrlarda o, İstanbulda götürdüyü bananı pencəyinin iç cibindən çıxarır.
O, "Dublinə çatdıq", - deyərək cibindən banan çıxarır və onu masanın üzərinə atır.
Qeyd edək ki, Nikol Paşinyanın paylaşdığı məişət xarakterli bu cür qısa videolar Türkiyə mətbuatında da əsas müzakirə mövzularından birinə çevrilib.
Qaynar xətt:
(055) 224 12 12