Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ərdoğan-Paşinyan görüşü yekunlaşıb, müzakirə olunan məsələlər açıqlanıb
İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüş yekunlaşıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıqlar təxminən bir saat davam edib.
Görüşlə bağlı Paşinyan özünün "X" hesabında paylaşım edib.
Onun sözlərinə görə, danışıqlar zamanı ikitərəfli əlaqələrin normallaşması müzakirə edilib. Tərəflər həmçinin regional hadisələr ətrafında fikir mübadiləsi aparıb və davamlı dialoqun əhəmiyyətini vurğulayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi məlumat verib.
Məlumata görə, iki liderin məhdud tərkibdə görüşü İstanbulda, Dolmabağça sarayında keçirilir.
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, Ermənistanın baş nazirini İstanbul Beynəlxalq Hava Limanında Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.
Səfər çərçivəsində Paşinyanın yerli erməni icmasının nümayəndələri ilə görüşü nəzərdə tutulub.
Axşam Ermənistan və Türkiyə liderləri arasında danışıqların olacağı planlaşdırılır.
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfərə yola düşüb.
Oxu.Az bu barədə "Sputnik Ermənistan"a istinadən məlumat yayıb.
Bu, Nikol Paşinyanın Türkiyəyə ilk işgüzar səfəridir. Onun rəhbərlik etdiyi nümayəndə heyətinə 13 nəfər daxil edilib.
Qeyd edək ki, İstanbulda N.Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılır.
Xatırladaq ki, artıq bir neçə gündür Ermənistan KİV-i Türkiyədə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması şərtlərini müzakirə ediləcəyinə dair xəbərlər dərc edir.