Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tofiq Musayev: "Bu döyüşün təxirə salınmasına imkan verə bilməzdim"
Azərbaycanlı UFC döyüşçüsü Tofiq Musayev "UFC Fight Night: Hill vs Rountree Jr." çərçivəsində Qırğızıstandan olan rəqibi Myktybek Oralbay ilə döyüşünün niyə 74,8 kq çəki dərəcəsində baş tutacağını izah edib.
Oxu.Az xəbər verir ki, Tofiq Musayev döyüş barədə fikirlərini bölüşüb.
"Karyeram boyu heç vaxt çəkisalma prosesində problem yaşamamışam. Həmişə bu prosesə məsuliyyətlə yanaşmışam. Bu dəfə də hər şey plana uyğun gedirdi. Dünən axşam cəmi 900 qram salmalı idim. Amma UFC komandası bizimlə əlaqə saxladı və bildirdi ki, rəqib artıq çəkini salmağa davam edə bilmir. O, bütün gecəni həkimlərin nəzarətində olub. Gördüyünüz kimi, bu gün divizion limitindən 5 kiloqram artıq çəkidə idi. Onlar mənim fikrimi soruşdular, hətta döyüşü təxirə salmaq istədilər. Amma mən bu döyüşü qəbul etdim. Səhər yemək yedim, su içdim, ona görə də çəkim 73 kiloqramı keçdi.
Mən öz Vətənimdə döyüşürəm. Bu, ölkəm üçün tarixi bir turnirdir. Bu döyüşün təxirə salınmasına imkan verə bilməzdim, istər UFC-ni, istərsə də azarkeşləri yarı yolda qoya bilməzdim. Axı hamı bu döyüşü gözləyir. Qələbə qazanmaq üçün əlimdən gələni edəcəyəm", - deyə o bildirib.
Təhməz Əsədov
"UFC Fight Night" teqi üzrə xəbərlər
- "Tofiqin şansı Fiziyev qədər deyil" - Bakıdakı UFC turnirində hansı gözlənilməz hadisələr yaşandı?
- Azərbaycanda ilk dəfə UFC turniri keçirilib
- Amerikalı UFC döyüşçüsü arenaya məşhur meyxananın sədaları altında daxil olub
- "UFC Fight Night": Nazim Sadıqov və Nikolas Motta əlavə mükafat qazandılar - 100 min dollar
- Rafael Fiziyev: "İnsanların isti münasibəti mənə qalib gəlməyim üçün əlavə motivasiya verdi"