Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Nissan" ən köhnə modelini canlandıracaq
Yaponiyanın "Nissan" şirkəti 1990-2007-ci illərdə istehsal olunmuş "Primera" modelini yenidən canlandırmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə carscoops.com məlumat yayıb.
Sosial şəbəkə istifadəçiləri "Nissan"ın Malayziyada qeydiyyat üçün təqdim etdiyi ticarət nişanı barədə ərizəsini aşkar ediblər. Qeyd olunur ki, ərizədə "Primera" sözü yazılıb və statusu "qeydiyyatı gözlənilir" kimi göstərilib.
Məlumata görə, gələcək "Primera" elektrik avtomobilinə çevrilə və "Tesla Model 3", "Mazda 6e" və "Volkswagen ID.7" ilə rəqabət apara bilər. Ehtimal olunur ki, bu, şirkətin Çinin "Dongfeng" şirkəti ilə tərəfdaşlığının bir hissəsi kimi həyata keçirilə bilər.
"Avto-moto" teqi üzrə xəbərlər
- Avtomobil gətirənlərin nəzərinə: Gömrükdə terminal haqqı ARTIRILIB
- "Huawei" onun avtomobilini tənqid edən bloqerdən 140 min dollar tələb edir
- Yaponiyada yeganə olan avtomobil hərracda satılacaq
- Avtomobildə yanacaq sızmasının təhlükələri və səbəbləri
- Sürücülük vəsiqəsi imtahanları DİM tərəfindən keçirilə bilərmi?