İqtisadiyyat üzrə Nobel Mükafatı laureatı Filip Agion bildirib ki, Avropa qitəsi texnoloji yarışda sürətlə ABŞ və Çinə uduzur.
Oxu.Az xəbər verir ki, onun sözlərini "South China Morning Post" nəşri sitat gətirib.
İqtisadçı bildirib ki, Avropa oyanmalıdır, çünki o, texnoloji baxımdan əvvəlcə ABŞ-dən, indi isə üstəlik, Çindən geri qalmağa başlayıb: "Çin 1990-cı illərdən etibarən böyük sıçrayışı təmin edən qərarlar və yüksək texnologiyalı innovasiyalar üzərində çalışır. Halbuki bu müddət ərzində Avropa İttifaqı ölkələri yalnız tədrici xarakter daşıyan orta səviyyəli innovasiyalarla kifayətlənib".
İqtisadçı Avropanın texnoloji geriliyində bürokratiyanı günahlandırıb.