ABŞ Rusiyaya qarşı siyasi kursunu dəyişməyəcək. Bu barədə ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya işləri üzrə yardımçısı Viktoriya Nuland bildirib, Oxu.Az TASS-a istinadən xəbər verir.
“Biz Rusiyanın maraqlarına uyğun olmadığı üçün beynəlxalq sistemin fundamental prinsiplərini və qaydalarını və BMT-nin Nizamnaməsini dəyişməyə hazır deyilik. Eləcə də biz işləyə bildiyimiz sahələrdə və işləyə bildiyimiz vaxtda bərabər çalışmağa davam edəcəyik”, - Nuland bəyan edib.
O həmçinin bildirib ki, ABŞ dövlət katibi Con Kerri mayda Rusiyada qərarların verilməsi üçün məsuliyyət daşıyan şəxslər ilə birbaşa danışığa zəmanətin verilməsi üçün Soçidə olub.