ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi iranlı general Qasım Süleymaninin İraqda öldürülməsinin təxribat xarakterli olduğunu açıqlayıb.
“RİA Novosti”nin məlumatına görə, Pelosi ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının təxribat xarakterli, gərginliyi artıracaq və proporsional olmayan bir hərbi əməliyyat həyata keçirdiyini bildirib.
Onun sözlərinə görə, sözügedən addım ABŞ və onun müttəfiqlərinin hərbçilərini, diplomatlarını zərbə altında qoyub.
“Əməliyyat İrana qarşı hərbi güc tətbiq etmək icazəsi olmadan, həmçinin, konqreslə məsləhətləşmədən aparılıb”, – Pelosi bildirib.