Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nüvə enerjisinin qlobal gücü üç dəfə artacaq
COP28 beynəlxalq iqlim sammitində 20-dən çox ölkə 2050-ci ilə qədər dünyanın nüvə enerjisi potensialını üç dəfə artırmağı öhdəsinə götürən bəyannaməni imzalayıb.
Bildirilir ki, nüvə enerjisi potensialının artırılması atmosferə müxtəlif karbon birləşmələrinin qlobal emissiyalarını azaltmağa kömək edəcək.
Bəyannaməni dəstəkləyən ölkələr arasında Britaniya, Kanada, Fransa, Cənubi Koreya, Ukrayna və BƏƏ də var.
Ölkələr birgə bəyannamədə 2050-ci ilə qədər nüvə potensialının 2020-ci ilə nisbətən üç dəfə artırılması istiqamətində əməkdaşlıq edəcəklərini bildiriblər.
Mənbə: rbc.ua
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreya prezidentinin tərəfdarları və əleyhdarları Seulda etiraz aksiyası keçirdilər
- Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlməyib
- Cənubi Koreyada ordunun baş qərargah rəisi həbs edildi
- Cənubi Koreyanın hakim partiyasının sədri istefa verdi
- Cənubi Koreyada siyasi böhran: Beynəlxalq ictimaiyyət müharibə ehtimalını yüksək görür
Ən çox oxunanlar
Rəylər