ABŞ-də naməlum şəxslərdən ibarət qruplar şəhərin kanalizasiyasına enib bir neçə saat yerin altında qaldıqdan sonra Nyu-York polisi araşdırma başladıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə regional "MyTwinTiers" portalı məlumat verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, insidentlər mayın 29-na keçən gecə Bruklinin Qreyvsend rayonunda baş verib. Əvvəlcə kameralar təxminən axşam saat 23 radələrində yerin altında kanalizasiyaya girən və üç saat sonra qayıdan ən azı yeddi nəfəri qeydə alıb. Daha sonra səkkiz nəfərdən ibarət daha bir qrup Heyvord-stritdə kanalizasiya lükünə enib, təxminən 3 saat kollektorda vaxt keçirib, daha sonra maşınla gizlənərək gözdən itib.
Hadisə yerinə kinoloqlar, yanğınsöndürənlər və Ətraf Mühitin Mühafizəsi Departamentinin mütəxəssisləri gəliblər. Araşdırma göstərib ki, kollektorların daxilindəki şəhər infrastrukturu zərər görməyib.
Departamentdən vurğulanıb ki, yerin altında qalmaq qanunsuzdur və daşqın və zəhərli qazlar riski səbəbindən ölümcül dərəcədə təhlükəlidir. Polis hazırda iki hadisənin bir-biri ilə əlaqəli olub-olmadığını araşdırır.
Yeraltı kommunikasiyalara qeyri-qanuni enmək (həmçinin "diqqerlik" adı ilə də tanınır) problemi bütün dünyada müntəzəm olaraq faciəvi nəticələrə gətirib çıxarır. Daha əvvəl Moskvada baş verən insident geniş rezonans doğurmuşdu, o zaman razılaşdırılmayan yeraltı ekskursiya qrupunun iştirakçıları güclü yağış zamanı suyun səviyyəsinin qəfil qalxması səbəbindən Neqlinka çayının kollektorunda həlak olmuşdular.