Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nyu-York meri koronavirusun uşaqlara qorxulu təsiri barədə: “Hər gün bir yenilik öyrənirik”
“Koronavirus uşaqlarda sistemli iltihab reaksiyasına səbəb olur”.
Bu barədə Nyu-Yorkun meri Bill de Blazio “Twitter” hesabında bildirib.
Onun sözlərinə görə, söhbət qızdırma, səpki, qarın ağrısı, qusma kimi konkret simptomların görünməsindən gedir.
“COVID-19-un orqanizmə təsiri barədə hər gün yeni bir şey öyrənirik. Bu çox təhlükəli xəstəlikdir”, - deyə mer vurğulayıb.
O əlavə edib ki, Səhiyyə Departamenti Nyu-Yorkun tibb işçilərinə yaşı 21-dən aşağı olan bütün xəstələr barədə dərhal məlumat verməyi tapşırıb.
We have an urgent health alert for parents and doctors.
— Mayor Bill de Blasio (@NYCMayor) May 5, 2020
We’ve detected 15 cases of multi-system inflammatory syndrome detected in children in NYC hospitals. 4 patients tested positive for COVID-19 while 6 others had antibodies.
Xatırladaq ki, bu həftənin əvvəlində İtaliyadan və Böyük Britaniyadan olan mütəxəssislər də uşaqlarda koronavirusla bir sıra iltihabi xəstəliklər arasında əlaqə tapıblar. Belə ki, ABŞ-da koronavirusa yoluxmuş uşaqlarda müşahidə olunan nadir iltihabi sindrom Avropanın bir sıra ölkələrində yüksək temperatur, səpki və boyundakı vəzlərin şişməsi ilə xəstəxanaya yerləşdirilənlərdə də qeydə alınıb.
"COVID-19" teqi üzrə xəbərlər
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
Rəylər