Amerikanın Nyu-York ştatında kiçik şəxsi təyyarənin qəzaya düşməsi nəticəsində dörd nəfər ölüb.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb.
Onların məlumatına əsasən, bir mühərrikli Piper PA-46 təyyarəsi Kanada sərhədi yaxınlığında Adirondak hava limanının şimal-qərbində yerə düşüb. Qəzanın səbəbləri hələ məlum deyil.
ABŞ-ın Federal Aviasiya İdarəsi hadisəni araşdırır.