ABŞ prezidenti Barak Obama iqlim dəyişikliyini bəşəriyyətin gələcəyi üçün əsas təhlükə adlandırıb. Bu barədə Reuters məlumat yayıb.
Oxu.Az xəbər verir ki, prezident Ağ evdə çıxışı zamanı qeyd edib ki, tullantıların azaldılması və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində daha çox addımlar atmaq lazımdır.
Onun sözlərinə görə, son onilliklərdə ABŞ iqtisadiyyatın artımına baxmayaraq digər ölkələrə nisbətən tullantıları azaldıb.
“Lakin elm deyir ki, biz daha böyük işlər görməliyik. Əgər biz hər şeyi düzgün etməsək, ola bilər ki, biz vəziyyətə uyğunlaşa bilməyək”, - prezident qeyd edib.
Qeyd olunur ki, Obama çıxışı zamanı amerikalıların elektrik enerjisinə xərclərinin artırılması imkanlarını tənqid edib.