ABŞ prezidenti Barak obama bildirib ki, Rusiya prezidenti Vladimir Putin batarsa onu xilas edəcək.
Oxu.Az RİA Novosti-yə istinadən bildirib ki, bu barədə ABŞ prezidentinin saytının jurnalisti Zeyk Miller öz Tvitter bloqunda yazıb.
“Mən əlbəttə ki, prezident Putini xilas edəcəm, əgər o suda boğularsa. Mən inanmaq istərdim ki, əgər kimsə batsa onu xilas edə biləcəm. Mən pis üzgüçü deyiləm, Havayda böyümüşəm, böyük təcrübəm var”, - Obamanın sözlərini şərh edib.
17 aprel tarixində “birbaşa xətt” zamanı altı yaşlı Albinanın suallarına cavab verən Rusiya prezidenti Vladimir Putin əminliklə bildirib ki, əgər o suda boğulsa ABŞ prezidenti Barak Obama onu xilas edər.