ABŞ prezidenti Barak Obama aprelin 21-də Səudiyyə Ərəbistanına səfər edəcək.
Oxu.Az xəbər verir ki, səfərdə məqsəd terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə məsələləri müzakirə etməkdir.
“O, Körfəz dövlətləri Əməkdaşlıq Şurası (Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri - “Report”) liderlərinin zirvə toplantısında iştirak edəcək”, - Ağ Evin təmsilçisi vurğulayıb.
Səudiyyə Ərəbistanı kralı Salmanın başçılığı altında keçirilən forum region dövlətləri ilə ABŞ-ın əməkdaşlığına həsr ediləcək.
“Bu, həmçinin liderlərə İŞİD-ə göstərilən təzyiqin intensivləşdirilməsi, regionda münaqişələrin həll edilməsi və regional, eləcə də millətlərarası gərginliyin aradan qaldırılması istiqamətində əlavə addımların müzakirə etmək imkan verəcək”, - deyə Ağ Evin təmsilçisi bəyan edib.
www.oxu.az