Tehranda bazarda 3 mərtəbli mağazada qaz balonunun partlaması nəticəsində ən azı 39 nəfər xəsarət alıb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Təhlükəsizlik qüvvələrində olan mənbə bildirib ki, yaralıların vəziyyəti çox ağırdır.
Hal-hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar. Hadisənin baş vermə səbəbləri araşdırılır.