ABŞ-ın sabiq dövlət başçısı Barak Obama və həyat yoldaşı Mişel prezidentlik müddəti bitdikdən sonra Vaşinqtonun dəbdəbəli rayonunda kirayə qaldıqları evi 8,1 milyon dollara alıblar.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
“Sabiq prezident və xanım Obamanın ən azı 2 il yarım Vaşinqtonda yaşayacağını nəzərə alsaq, onlar üçün kirayə qalmaqdansa evi almaq daha ağlabatandır”, - deyə Obamanın nümayəndəsi Kevin Lyuis telekanala bildirib.
Məlumata görə, evdə 9 yataq otağı və 8 vanna otağı var.
A.S.
www.oxu.az