Qax rayonunun Dəymədağlı kəndində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Oxu.Az-ın Report-a istinadla məlumatına görə, vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, daha 2-si yaralanıb.
Qəza nəticəsində avtomobil yanaraq külə dönüb.
A.S.
www.oxu.az