ABŞ-ın Cənubi Dakota ştatının məhkəməsi prezident Barak Obamaya sui-qəsd hazırlayan və adam öldürməkdə ittiham olunan 44 yaşlı Ceyms Makvey barəsində ölüm hökmü çıxarıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, xarici mətbuatın yaydığı məlumata görə, o, 2011-ci ildə 75 yaşlı Meybell Şeyni qətlə yetirib. Makvey etiraf edib ki, Şeynin ölümü ABŞ liderinə qarşı sui-qəsd planının tərkib hissəsi olub.
Onun sözlərinə görə, Vaşinqtona gəlmək və Obamaya sui-qəsdi həyata keçirmək üçün Meybelin maşınını qaçırıb.