Azərbaycana növbəti ABŞ səfiri olaraq Robert Cekuta-nın namizədliyini irəli sürmək niyyətindədir.
İyulun 8-də Ağ Ev elan edib ki, Cekuta hazırda Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini işləyir.
Oxu.Az Azadlıq Radiosuna istinadən xəbər verir ki, Cekuta əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Riçard Morningstar-ın səlahiyyət müddəti bu yay başa çatır.
Cekuta-nın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır.