Bu gün Ukraynanın Odessa şəhərində toqquşmalar nəticəsində ən azı 1 nəfər ölüb.
Oxu.Az-ın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, federallaşma tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda 10-15 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, hazırda iğtişaş yatırılıb.
Hadisə yerində operativ-istintaq qrupu işləyir.