SOCAR 2014-cü ilin aprel ayında Novorossiysk limanından 84 482 ton, Supsa limanından 242 035 ton, Ceyhan limanından 2 086 186 ton xam neft ixrac edib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, ümumilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 338 812 ton, Supsa limanından 1 049 219 ton, Ceyhan limanından isə 6 781 159 ton xam neft ixrac edilib.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-a məxsus xam neft həcmlərini əks etdirir.
Bundan əlavə, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin aprel ayında 7 141 ton dizel yanacağı, 524 ton təyyarə yanacağı və 14 318 ton vakuum qazoylu ixrac edib.
Ümumilikdə, 2014-cü ilin yanvar-aprel ayları ərzində 383 ton avtomobil benzini, 250 104 ton dizel yanacağı, 35 467 ton təyyarə yanacağı və 48 766 ton vakuum qazoylu ixrac edilib.
SOCAR həmçinin aprel ayında dünya bazarında xam neftin qiymətləri barədə məlumat verib.
Bu məlumata görə, 2014-cü ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1008,13 dollar, təyyarə yanacağının - 942,11 dollar, dizel yanacağının - 895,21 dollar təşkil edib.
Gülnarə Zeynalova
www.oxu.az