Azərbaycanın Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları keçən il ərzində də artmağa davam edib.
Oxu.Az xəbər verir ki, AMB-nin may ayının 1-nə olan məlumatına görə, valyuta ehtiyatlarının həcmi 14,87 milyard dollar olub, bu isə mütləq rekord oldu və 2014-cü ilin sonuna planlaşdırılmış məbləğin 92,94%-ni təşkil etdi.
Keçən ay üçün ehtiyatların artımı 1,06% (155,4 milyon), 2014-cü ilin başlanğıcından 4 ay ərzində isə ehtiyatların artımı 5,08% (719 1 milyon) olub.
2014-cü ilin nəticələrinə görə, valyuta ehtiyatlarını 16 milyard dollara çatdırmaq planlaşdırılıb.
Gülnarə Zeynalova
www.oxu.az