Elm adamları İndoneziya sahillərində su altında qalmış 140 min illik batmış şəhəri aşkarlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Şəhərin qalıqları arasından qədim insanın əcdadı olan "Homo erektus"un kəllə sümüyü tapılıb.
İtmiş şəhərdə kəllə sümükləri ilə yanaşı, elm adamları 36 növdən olan 6000-ə yaxın heyvanın qalıqlarını da aşkar ediblər. Qalıqların bəzilərində, ehtimal ki, qəsdən edilmiş kəsiklər var ki, bu da erkən insanların qabaqcıl ov strategiyalarını tətbiq etdiyinin sübutudur.
Tapıntılar qədim bəşər tarixinə yeni bir baxış təqdim edir və insan təkamülünü daha yaxşı anlamağa kömək edir. Belə ki, yeni kəşf "Homo erektus"un coğrafi sərhədləri ilə bağlı əvvəlki fikirlərə meydan oxuyur.