Oman sahillərində batmış Hindistana məxsus "Virat 1" mexanikləşdirilmiş yelkənli gəmisinin 14 nəfərlik heyəti xilas olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Hindistanın Omandakı səfirliyi "X" platformasında məlumat yayıb.
Açıqlamaya görə, xilasetmə əməliyyatı başa çatıb, bütün dənizçilər Mumbaya istiqamətlənən "Jabal Ali 9" gəmisinin göyərtəsindədir və onların həyatına təhlükə yoxdur.
Hindistan gəmisinin Oman sahillərində mexaniki nasazlıq səbəbindən batdığı bildirilir.
Göyərtəsində 14 Hindistan vətəndaşı olan "Virat 1" mexanikləşdirilmiş yelkənli gəmisi mexaniki nasazlıq səbəbindən Oman sahillərində batıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Hindistan hökumətindəki mənbə bildirib.
Hindistanın Maskatdakı səfirliyinin məlumatına görə, hadisə yerində xilasetmə əməliyyatı keçirilir. Dənizçilərdən 11-i xilas edilib. Digər hindistanlıların axtarışı davam edir.
