İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının cənub hissəsində, Omanın Didamar adasında yerləşən radiolokasiya stansiyasına hücum etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran"ın "Telegram" kanalında məlumat verilib.
SEPAH-ın iddiasına görə, həmin stansiyadan ərazidə gəmilərin hərəkətini izləmək üçün istifadə olunurdu.
Didamar Hörmüz boğazında yerləşən, Omana məxsus yaşayış olmayan qayalıq adadır.
Ada Əs-Sələmə kiçik arxipelaqına daxildir və Oman Sultanlığının Fars körfəzindəki ən şimal ərazisi hesab olunur.