Londonda həbs edilmiş Nigeriyanın sabiq neft naziri və OPEK-in cari prezidenti Derzani Alison-Maduekeni zaminə buraxıblar, Daily Post Nigeriya yazır.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, oktyabrın 5-də o, Vestminsterdə Çarinq-Krossda yerləşən polis bölməsinə dindirilməyə gəlməlidir.
OPEK prezidentinin Nigeriya paytaxtı Abudcada olan evi möhürlənib, Derzani Alison-Madueke yerli iqtisadi və maliyyə cinayətləri üzrə komissiya qarşısına çıxmalıdır.
Daha öncə KİV OPEK prezidentinin Londonda rüşvətxorluq və çirkli pulların yuyulmasında şübhəli bilinərək həbs olunduğunu xəbər vermişdi.
00:38
Londonda Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) hazırki prezidenti Dizani Elison-Madueke həbs edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə International Business Times Nigeriyanın Premium Times qəzetinə istinadən xəbər verib.
Məlumata əsasən, OPEK prezidentindən əlavə 4 nəfər də həbs edilib. Nəşrin Milli Cinayət agentliyinə istinadən verdiyi məlumata əsasən, saxlanılanların hamısı rüşvət və çirkli pulların yuyulmasında şübhəli bilinirlər.
Britaniya hüquq-mühafizə orqanları faktı təsdiqləməyib.
Qeyd edək ki, Elison-Madueke əvvəllər Nigeriyanın neft naziri vəzifəsində çalışıb.