Neft bazarında çətin dövr geridə qalıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə OPEK-in rəhbəri Abdulla Salam əl-Bədri bildirib.
“Neft bazarı, qiymətlər yaxşılaşır, düşünürəm ki, çətin dövr başa çatdı, indi daha yaxşı qiymət gözləyirəm”, - o, jurnalistlərə OPEK-in Vyanadakı iclası başlamazdan əvvəl deyib.
Neft ixrac edən ölkələr neft hasilatının “yeni tavanını” müzakirə etmək niyyətindədirlər. Ehtimal edilir ki, neft hasilatını sutkada 32,4 milyon barel göstəricisi ilə məhdudlaşdıraq.