Vaxtı ilə “Osvensim” konsentrasiya düşərgəsinin məhbusu olmuş 94 yaşlı Belçika sakini koronavirus səbəbindən vəfat edib.
“BBC” xəbər verir ki, İkinci Dünya Müharibəsinin bitməsindən 60 il sonra Anri Kiçka düşərgədə yaşadığı dəhşətlər haqqında kitab yazıb.
Bundan əlavə, A.Kiçka bir sıra təhsil ocaqlarında “Osvensim” haqqında mühazirələr deyirdi.