Nüfuzlu “Rolan Qarros” tennis turnirinin qalibi almaniyalı Kevin Kravits koronavirus pandemiyası zamanı satıcı kimi işləməyə qərara alıb.
“Spiegel” xəbər verir ki, hal-hazırda idmançı böyük supermarketdə çalışır.
“Maaşım 450 avrodur. Ərzaqları rəflərə yığıram, boş taraları sıralayıram. Ötən həftə supermarketin girişində səbətləri dezinfeksiya edirdim”, - deyə Kravits qeyd edib.