2016-cı il Rusiyadan Türkiyəyə 866 min rusiyalı səfər edib, bu isə 2015-ci illə müqayisədə 76,26% azdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Turizm Operatorlar Assosiasiyası (RTA) məlumat yayıb.
“2016-cı ilin yekunlarına görə, 866 min rusiyalı Türkiyəyə səfər edib, bu da 2015-ci illə müqayisədə 76,26% azdır. (3,65 milyon nəfər turist). Türkiyəyə gələn ümumi xarici turistlərin sayı 30 faiz azalaraq 25,3 milyon nəfər təşkil edib.
RTA-nın qənaətinə görə, kəskin azalmanın əsas səbəbi ölkədə təhlükəsizliklə bağlı problemlərdir. Bu il Rusiyadan Türkiyəyə 3-3,5 milyon turistin getməsi gözlənilir.
“2016-cı illə müqayisədə bu il rusiyalı turistlər üçün 20-50 faiz endirimlər nəzərdə tutulub”, - məlumatda deyilir.
N.О.
www.oxu.az