Türkiyədə polis qadınların zorla fahişəliyə cəlb edildiyi hotel və əyləncə məkanlarına basqın edib.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat zamanı 84 əcnəbi qadın yaxalanıb. Onların 27-si Moldova, 27-si Ukrayna, 10-u Mərakeş, 6-sı Belarus, 5-i Rusiya, 4-ü Gürcüstan, 2-si Özbəkistan, 1-i Ermənistan, 1-i Qırğızıstan və 1-i Azərbaycan vətəndaşı olub.
Ən kiçiyi 20, ən böyüyü 40 yaşında olan qadınlarda QİÇS, Frengi və Hepatit C xəstəliyi aşkarlanıb.
Onlar ölkədən deportasiya ediləcəklər, hotel və əyləncə məkanlarının sahibləri haqqında isə cinayət işi açılıb.
N.О.