Özbəkistanda ölkəyə daxil olarkən məcburi COVID ekspress testi tələbi ləğv edilib.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, qərar yanvarın 25-dən qüvvəyə minəcək.
Qərar Koronavirusla Mübarizə üzrə Xüsusi Respublika Komissiyası tərəfindən qəbul olunub. Yenilik ölkədəki beynəlxalq hava limanlarına, dəmiryol vağzallarına və sərhəd keçid məntəqələrinə şamil edilir.
Xatırladaq ki, yanvarın 15-dən başlayaraq Özbəkistan ölkəyə gələn bütün şəxslər üçün COVID-19 məcburi ekspress-testi tələbini tətbiq edib. Testin qiyməti 5 dollar olub. Bu qərar Daşkənd hava limanında uzun növbələr yaradıb.
Mənbə: podrobno.uz