Pakistan-Əfqanıstan sərhədində kamikadze hücumu nəticəsində yeddi pakistanlı əsgər həlak olub.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pakistanın təhlükəsizlik rəsmiləri məlumat yayıb.
Qeyd olunur ki bu, keçmiş müttəfiqlər arasında bu ay bir neçə gün davam edən intensiv döyüşlərdən sonra İslamabad və Kabil arasındakı atəşkəs şəraitində baş verib.