"Pakistan PKK terror təşkilatının özünü ləğv etməsi xəbərini alqışlayır".
Oxu.Az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" hesabında səhifəsində yazıb.
"Pakistan PKK-nın özünü ləğv etməsi xəbərini alqışlayır və bunu terrordan azad Türkiyə üçün davamlı sülhə doğru mühüm addım hesab edir. Bu tarixi hadisə əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə rəhbərliyinin sarsılmaz qətiyyətini əks etdirir.
Türk xalqı barışıq, birlik və sabitliyə doğru irəliləməyə davam etməlidir. Pakistan və Türkiyə terrorun bütün forma və təzahürlərinə qarşı birgə mübarizəyə sadiq olaraq qalır", - Şahbaz Şərif yazıb.
Pakistan welcomes the announcement of PKK’s dissolution, a significant step toward lasting peace and a terror-free Turkiye. This historic development reflects the unflinching resolve of the Turkish leadership, under my dear brother President Recep Tayyip Erdogan @RTErdogan and… https://t.co/lYszUmrUkA
— Shehbaz Sharif (@CMShehbaz) May 12, 2025