Nəsimi rayonu ərazisində dələduzluq və soyğunçuluq edən şəxslər saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu ərazisində bir nəfər 50 yaşlı kişini aldatmaqla onun 36 500 manatını mənimsəyib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı R.Qurbanov saxlanılıb.
Aparılan araşdırmalarla onun borclu şəxs qismində axtarışda olduğu da məlum olub.