Pakistan kütləvi qırğın silahlarından istifadə olunmayan müharibədə silahlı qüvvələrin döyüş qabiliyyətini artıracaq raket qüvvələri yaradıb.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.
"Raket qoşunları ən müasir silahlarla təchiz olunacaq, bu, döyüş qabiliyyətinin gücləndirilməsində mühüm mərhələyə çevriləcək", - deyə hökumət başçısı İslamabadda keçirilən mərasimdə qeyd edib.
Xatırladaq ki, Pakistan Hindistanla münasibətlərdəki hərbi gərginlik fonunda silahlı qüvvələrin yeni növünün yaradıldığını elan edib.