Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Pakistan və Banqladeş yarım əsr sonra əlaqələri bərpa etdilər
Banqladeş və Pakistan 1971-ci ildə suveren benqal dövlətinin elan edilməsindən sonra kəsilmiş ikitərəfli ticarət əlaqələrini bərpa ediblər.
Oxu.Az bu barədə "The Times of India" nəşrinə istinadla xəbər verib.
İlk gəmi 25 min ton düyü ilə Pakistanın Kasim limanından Banqladeşə yola düşüb. Bu, fevralda Dəkkə və İslamabad arasında Pakistan Ticarət Korporasiyasının kanalları vasitəsilə 50 min ton düyü tədarükü haqqında müqavilənin imzalanmasından sonra baş verib.
İkinci eyni həcmdəki partiya isə ölkəyə martın əvvəlində tədarük ediləcək.
Banqladeş və İslamabaddan bildirilib ki, Pakistan düyüsünün ixracının başlaması iki dövlət arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və ticarətin bərpası yolunda müsbət addım olub.
"Pakistan" teqi üzrə xəbərlər
- Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
- Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib
- Pakistanda QANLI OLAY: Silahlılar sərnişinləri avtobusdan düşürüb, güllələdilər
- Pakistanın baş naziri Azərbaycana gələcək - Tarix açıqlandı
- Yusuf Raza Gilani: "Pakistan ölkələr arasında maneələrin olmamasının tərəfdarıdır"