Pakistanın daxili işlər naziri və İran səfiri ABŞ ilə danışıqlara hazırlıqları müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu məlumatı Pakistanın Daxili İşlər Nazirliyi yayımlayıb.
Xəbərdə bildirilir ki, toplantıda İslamabadın baş komissarı, onun müavini və Federal Paytaxt Polisinin baş müfəttişi də iştirak ediblər. Pakistanın daxili işlər naziri Möhsin Nəqvi və İranın İslamabaddakı səfiri Rza Əmiri Müqəddəm ABŞ və İran arasında ehtimal olunan danışıqların ikinci mərhələsinə dair hazırlıqları ətraflı nəzərdən keçiriblər.
"ABŞ və İran arasındakı danışıqların ikinci raunduna hazırlıq məsələləri ətrafında müzakirələr aparılıb. Münaqişənin dayanıqlı həllinə nail olunması, həmçinin gərginliyin diplomatik səylər və dialoq vasitəsilə azaldılmasının vacibliyi xüsusi vurğulanıb", - deyə nazirliyin rəsmi açıqlamasında qeyd olunur.